Modern.az

Rusiyalı çağırışçılar Ukraynada döyüşmək istəmir - 600-ü geri qayıtdı

Rusiyalı çağırışçılar Ukraynada döyüşmək istəmir - 600-ü geri qayıtdı

Dünya

5 Fevral 2023, 10:02

Rusiyanın səfərbərliklə cəlb etdiyi hərbi çağırışçılar Ukraynadakı müharibədə döyüşməkdən yayınırlar.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir. 

 

Bildirilib ki, döyüş əməliyyatlarında iştirakdan imtina edən hərbi qulluqçular cəbhədə qiyam və iğtişaşlar qaldırıb. Bundan sonra isə onların bir hissəsi Rusiya Federasiyası ərazisinə qaytarılıb.

 

"Fevralın 3-nə olan məlumata görə, bu kateqoriyadan olan 600 nəfərə qədər şəxs Luqansk vilayətindən Rusiya Federasiyasının ərazisinə qaytarılıb", - deyə məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər