Modern.az

Rusiya uşaq bağçalarını xəstəxanaya çevirib - Yaralı çoxdur

Rusiya uşaq bağçalarını xəstəxanaya çevirib - Yaralı çoxdur

5 Fevral 2023, 10:27

"İşğalçılar çoxlu sayda yaralı olduğuna görə uşaq bağçaları və məktəbləri səhra xəstəxanası kimi təchiz ediblər".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilib.

 

Belə ki, məlumata əsasən, Donetsk vilayətinin işğal olunmuş Qorlovka yaşayış məntəqəsində bütün tibb müəssisələri artıq dolub, ona görə də səhra xəstəxanaları başqa binalarda, uşaq bağçaları və məktəblərdə, hətta anbarlarda yerləşdirilib.

 

Baş Qərargah həmçinin bildirib ki, Svetlodarskda yerləşən xəstəxanalardan birinə Yakutiyadan tibb personalı gətirilib və burada 70-ə yaxın hərbçi müalicə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər