Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Afyonkarahisarın Dinar rayonunda qeydə alınıb.
Belə ki, Diyarbakırdan Bodruma gedən ve 43 sərnişini daşıyan avtobus, Dinarda sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, 8 nəfər həyatını itirib, daha 35 sərnişin isə yaralanıb.
Hadisə yerinə yardım üçün qüvvələr cəlb olunub və yaralılar xəstəxanaya çatdırılıb.