Modern.az

Avropa ölkələri Ukraynadakı müharibəyə qatılacaq? - Borrel açıqladı

Avropa ölkələri Ukraynadakı müharibəyə qatılacaq? - Borrel açıqladı

Dünya

5 Fevral 2023, 13:29

Avropa İttifaqının (Aİ) xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel "El Pais" qəzetinə müsahibə verib.

 

Modern.az xəbər verir ki, o, müsahibə zamanı Aİ ölkələrinin Ukraynadakı münaqişəyə cəlb olunması barədə fikirlərə münasibət bildirib.

 

"Aİ-yə üzv dövlətlər müharibədə iştirak etmək üçün Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını heç vaxt nəzərdən keçirməyib", - deyə Borrel bildirib.

 

Onun sözlərinə görə, bunun nə vaxtsa, nəzərdən keçiriləcəyi və məsələyə yenidən baxılacağı hazırda gündəlikdə yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?