ABŞ-ın Nyu-York ştatının paytaxtı Albani şəhəri ilə Ukraynanın Buça şəhərinin rəhbərlikləri arasında razılaşma əldə olunub.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə ABŞ-a səfəri zamanı Buça şəhərinin meri Anatoli Fyodruk bildirib.
Razılaşmaya əsasən, Albani Buçanın tərəfdaş şəhəri olub. Belə ki, müharibə bitdikdən sonra Buçanın yenidən qurulmasına Albani administrasiyası da kömək edəcək.
Qeyd edək ki, Rusiya işğalı dövründə şəhər yerlə yeksan edilib.