Modern.az

İraqda bina uçdu - Ölən və xeyli sayda yaralı var

İraqda bina uçdu - Ölən və xeyli sayda yaralı var

5 Fevral 2023, 18:13

İraqda bina uçması nəticəsində 2 nəfər həyatını itirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Bəsrə vilayətində baş verib.

 

Məlumata əsasən, bina mərtəbələrdən birindəki güclü yanğın səbəbindən uçub. Xeyli sayda yaralının olması barədə də məlumatlar var.

 

Hazırda fəsadlar aradan qaldırılır, səbəblər araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər