Modern.az

Avropa İttifaqından Gürcüstana sanksiya XƏBƏRDARLIĞI

Avropa İttifaqından Gürcüstana sanksiya XƏBƏRDARLIĞI

Dünya

5 Fevral 2023, 19:12

Avropa İttifaqının (Aİ) xarici əlaqələr xidmətinin sözçüsü Peter Stano Rusiya ilə uçuşları bərpa etmək istəyən Gürcüstana sanksiyalarla bağlı xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, o, Tbilisini Aİ tərəfindən Rusiyanın aviasiya sahəsinə tətbiq edilən sanksiyalara əməl etməyə çağırıb. 

 

Stano qeyd edib ki, Aİ-nin sanksiya rejimi Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən yayınmağı dəstəkləyənlərə qarşı ikinci dərəcəli sanksiyalar nəzərdə tutur.

 

Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Gürcüstanla hava əlaqələrinin tezliklə bərpasına ümid edir. Hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Lavrovun təklifini dəstəkləyib, lakin Gürcüstan prezidenti Salome Zurabişvili Moskva ilə uçuşların bərpasını müsbət qarşılamadığını söyləyib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər