Modern.az

İsrail Ukraynaya müdafiə sistemləri verəcək 

İsrail Ukraynaya müdafiə sistemləri verəcək 

Dünya

5 Fevral 2023, 22:19

İsrail Ukraynaya raket və pilotsuz uçuş aparatlarının hücumundan xəbərdar edən müdafiə sistemləri verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.

 

Ukraynanın İsraildən xəbərdarlıq sistemləri alıb-almayacağı ilə bağlı sualına nazir belə cavab verib: "Düzdür. Onlar bizə belə söz veriblər".

 

Reznikov texnologiyaların dəqiq nə vaxt gələcəyini və onlardan necə istifadə ediləcəyini açıqlamayıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?