Modern.az

Zelenski Rusiyaya sanksiya tətbiq etdi 

Zelenski Rusiyaya sanksiya tətbiq etdi 

6 Fevral 2023, 00:10

Fevralın 5-də Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın nüvə sənayesinə qarşı sanksiyaların tətbiqi barədə qərarını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, sanksiyalar "Rosatom", "Atom Enerjisi Sənaye Kompleksi" və digər qurumlara tətbiq edilib.

 

Qərarda bir sıra Rusiya şirkətlərinə qarşı 50 il müddətinə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.

 

Zelenski sanksiyaların davam edəcəyini bildirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?