Modern.az

Ərdoğandan zəlzələ ilə bağlı ilk AÇIQLAMA 

Ərdoğandan zəlzələ ilə bağlı ilk AÇIQLAMA 

6 Fevral 2023, 07:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə ərazisində baş verən güclü zəlzələdən sonra açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün "Twitter" hesabında paylaşım edib.

 

O qeyd edib ki, Fövqəladə Hallar İdarəsinin (AFAD) koordinasiyası ilə bütün müvafiq qurumlar həyəcan vəziyyətindədir.

 

“Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD, valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar.

 

Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - Ərdoğan bildirib.

 

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər