Türkiyənin Malatya bölgəsində baş verən güclü zəlzələ nəticəsində 140 bina dağılıb.
Modern.az xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin məlumat verib.
O qeyd edib ki, dağıntılar nəticəsində 420-dən çox yaralı var, 23 nəfər həlak olub. "Axtarış-xilasetmə işləri davam edir", - vali deyib.
Şanlıurfa şəhərində isə zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb. Şəhərin valisi Salih Ayhan bildirib ki, yaralananların sayı 30 nəfərdir.
Diyarbakır valisi Əli İhsan qeyd edib ki, şəhərdə 6 bina dağılıb, 6 nəfər həlak olub, 79 nəfər yaralanıb.
Akif İsmayılov