Modern.az

İsraildən Türkiyəyə dəstək: “Dualarımız sizinlədir”

İsraildən Türkiyəyə dəstək: “Dualarımız sizinlədir”

Dünya

6 Fevral 2023, 09:07

İsrailin Ankaradakı Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bununla bağlı səfirliyin tviter səhifəsində müvafiq paylaşım edilib.

 

“Bu gün baş verən zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - səfirlikdən bildirilib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

 

İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər