Modern.az

ABŞ Türkiyəyə yardım təklif etdi

ABŞ Türkiyəyə yardım təklif etdi

6 Fevral 2023, 09:12

ABŞ zəlzələyə görə Türkiyəyə yardım təklif edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Co Baydenin müşaviri Ceyk Sallivan bu barədə açıqlama verib.

 

O qeyd edib ki, ölkəsi zəlzələdən böyük narahatlıq keçirir və Türkiyənin hakimiyyət nümayəndələri ilə əlaqə saxlayıblar.

 

"ABŞ istənilən bütün yardımları etməyə hazırdır. Mövcud vəziyyəti izləməyə davam edəcəyik", - deyə Sallivan söyləyib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?