Modern.az

Zəlzələnin olacağını 3 gün əvvəldən bilirmiş

Zəlzələnin olacağını 3 gün əvvəldən bilirmiş

6 Fevral 2023, 12:22

Dünyaca məşhur zəlzələ mütəxəssisi Frank Hoogerbeetsin sosial şəbəkə hesabındakı paylaşımı diqqət çəkib.

 

Modern.az xəbər verir ki, buna səbəb onun Türkiyənin Kahramanmaraş bölgəsindəki zəlzələyə əvvəlcədən işarə etməsi olub.

 

"Tez-gec bu bölgədə (Türkiyənin cənub-şərqində, Suriya, Livan və İordaniyada) 7.5 bal gücündə zəlzələ olacaq", - deyə Frank Hoogerbeets 3 gün əvvəlki paylaşımında yazıb. Sözügedən paylaşım 5 milyona yaxın insana çatıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər