Modern.az

Zelenskidən Türkiyəyə başsağlığı: Yardım etməyə hazırıq

Zelenskidən Türkiyəyə başsağlığı: Yardım etməyə hazırıq

6 Fevral 2023, 10:35

Ukrayna prezidenti Volodimir Zelenski zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə türkcə paylaşım edib.

 

"Prezident Ərdoğana və türk xalqına, zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı diləklərimi çatdırır, bütün yaralılara tezliklə sağalmalarını diləyirəm. Bu çətin zamanda türk xalqının yanındayıq. Təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün lazımi yardımı təmin etməyə hazırıq", - deyə o yazıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?