Modern.az

Türkiyədə regionlar üzrə itki və dağıntı statistikası - YENİLƏNİB

Türkiyədə regionlar üzrə itki və dağıntı statistikası - YENİLƏNİB

Dünya

6 Fevral 2023, 11:47

Türkiyədə baş verən zəlzələdə regionlar üzrə itkilər və dağıntılar barədə detallı məlumat açıqlanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəqəmlər aşağıdakı kimidir:

 

Hatay: 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb.

Osmaniye: 20 nəfər həlak olub, 200 yaralı var, 83 bina dağılıb.

Adıyaman: 13 nəfər həlak olub, 22 yaralı var, 100 bina dağılıb.

Diyarbakır: 14 nəfər həlak olub, 226 yaralı var, 20 bina dağılıb.

Şanlıurfa: 18 nəfər ölüb, 200 yaralı var. 60 bina dağılıb.

Qaziantep: 80 nəfər həlak olub, 600 yaralı var, 581 bina dağılıb.

Kilis: 8 nəfər ölüb, 200 yaralı var. 50 bina uçub.

Adana: 10 nəfər həlak olub, 118 yaralı var. 16 bina dağılıb.

Malatya: 47 nəfər həlak olub, 550 yaralı var. 300 bina uçub.

 

***

 

Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Oktay Kahramanmaraş haqda zəlzələ statistikasını mətbuatla paylaşıb.

 

O bildirib ki, Kahramanmaraşda zəlzələ nəticəsində 70 nəfər həyatını itirib, 200 nəfər isə yaralanıb. 30 bina tamamilə dağılıb.

 

"Rəqəmlər arta bilər", - deyə vitse-prezident söyləyib.

 

O, ümumi statistikanı da açıqlayıb. Bildirilib ki, dəhşətli zəlzələ nəticəsində ümumilikdə 284 nəfər həyatını itirib, 2323 nəfər yaralanıb, 1710 bina isə dağıılıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər