Modern.az

Zəlzələ Hatay aeroportunu da dağıtdı

Zəlzələ Hatay aeroportunu da dağıtdı

Dünya

6 Fevral 2023, 11:15

Türkiyənin cənub-şərqində baş verən zəlzələ böyük insan tələfatına və dağıntılara səbəb olub.

 

Modern.az "CNN Türk"ə istinadən xəbər verir ki, təbii fəlakət Hatay hava limanını da dağıdıb.

 

Belə ki, aeroportun yeganə uçuş-enmə zolağı tamamilə sıradan çıxıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər