Roma Papası Fransisk Ukraynadakı münaqişənin həlli üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə görüşlərə hazır olduğunu bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa Fransiskin sözlərinə görəə, Ukraynada müharibə başlayandan iki gün sonra o, Müqəddəs Taxt-tacdakı Rusiya səfirliyinə piyada gedib və orada səfir Aleksandr Avdeyevlə görüşüb.
"Mən Putinlə danışmaq üçün Moskvaya getmək istəyirdim və o zaman danışıqlar üçün “kiçik bir pəncərə” də var idi, ancaq həmin vaxt Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, “buna sonra baxarıq”".
Papanın fikrincə, bu cür hərəkətlər təkrarlana və izah edilə bilməz.
Yanvarın sonunda Vatikanın xarici əlaqələr departamentinin rəhbəri arxiyepiskop Pol Riçard Qallaxer bildirmişdi ki, indiki ağır şəraitdə Papa Fransisk Vladimir Zelenski və Kiyevin digər rəsmiləri tərəfindən dəfələrlə dəvət aldığı Ukraynaya getməyəcək.