Bolqarıstan və Yunanıstan Türkiyəyə baş vermiş zəlzələyə görə başsağlığı verib.
Modern.az xəbər verir ki, Bolqarıstan XİN tviter səhifəsində bu barədə paylaşım edib.
"Dünən gecə Anadolunu cənub-şərqində olan şiddətli zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı, yaralılarla bağlı təcili şəfa diləklərimizi çatdırırıq. Türkiyənin əziz insanları və hökuməti bu çətin vaxtda Bolqarıstanın dəstəyinə güvənə bilər", - deyə bildirilib.
Yunanıstanın baş naziri Kirakos Mitsotakis də başsağlığını ifadə edərək Ankaraya yardım təklif edib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.