Modern.az

“Zəlzələ bizi sarsıtdı” - ATƏT və Avropa Şurasıdan reaksiya

“Zəlzələ bizi sarsıtdı” - ATƏT və Avropa Şurasıdan reaksiya

Dünya

6 Fevral 2023, 12:26

ATƏT və Avropa Şurası zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, ATƏT sədri Buyar Osmani və Avropa Şurasının baş katibi Mariya Peçinoviç Buriçin mətbuat katibi Cüzeppe Zaffuto bu barədə paylaşım ediblər.

 

"Bu səhər Türkiyə və Suriyada yüzlərlə insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələ bizi sarsıtdı. Ölənlərlə bağlı ən dərin və içdən başsağlığı diləklərimizi, yaralılara isə tezliklə sağalmaları arzumuzu çatdırırıq. Yardım göstərməyə hazırıq", - deyə Osmani yazıb.

 

"Bu gün erkən saatlarda Türkiyə və Suriyada olan zəlzələ şok yaratdı. Düşüncələrimiz qurbanlar və yaralıların ailələri ilə birlikdədir", - deyə Zaffutonun ATƏT baş katibi adından paylaşdığı başsağlığı mətnində deyilir.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər