Modern.az

Makron və Bayden Türkiyəyə başsağlığı verdi

Makron və Bayden Türkiyəyə başsağlığı verdi

Dünya

6 Fevral 2023, 12:36

Fransa prezidenti Emmanuel Makron Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, Makron bu barədə tviter səhifəsində yazıb.

 

"Tayı-bərabəri görülməyən bir zəlzələdən sonra Türkiyə və Suriyadan qorxunc görüntülər gəlir. Fransa olay yerindəki əhaliyə təcili yardım təmin etməyə hazırdır. Matəmli ailələrin yasına ortağıq", - deyə o bildirib.

 

Həmçinin ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Co Bayden də Türkiyəyə başsağlığı verib və yardım üçün müvafiq qurumları təlimatlandırıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər