Modern.az

TÜRKSOY-dan Türkiyəyə: Bu fəlakəti hamılıqla geridə qoyacağıq

TÜRKSOY-dan Türkiyəyə: Bu fəlakəti hamılıqla geridə qoyacağıq

6 Fevral 2023, 12:46

TÜRKSOY təşkilatı Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, təşkilatın baş katibi Sultan Rayev bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Zəlzələdən zərər çəkən bütün qardaşlarımıza "keçmiş olsun" diləklərimizi çatdırıram. Türkiyə Cümhuriyyətinin zəlzələnin yaralarını ən qısa müddətdə sağaldacağına əminəm. Bu fəlakəti hamılıqla geridə qoyacağıq", - deyə o yazıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?