Modern.az

Paşinyan Türkiyəyə başsağlığı verdi - İran yardım təklif etdi

Paşinyan Türkiyəyə başsağlığı verdi - İran yardım təklif etdi

6 Fevral 2023, 13:08

Ermənistan Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan tviter səhifəsində yazıb.

 

"Türkiyə və Suriyada çoxlu sayda insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara təcili şəfalar diləyirik. Ermənistan yardım göstərməyə hazırdır", - deyə o bildirib.

 

İran XİN-in sözçüsü Nəsir Kənani isə ölkəsinin Türkiyəyə başsağlığı verdiyini və yardım göndərməyə hazır olduğunu açıqlayıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?