Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyası uzun müzakirələrdən qanunverici orqanın sabah başlayacaq sessiyasını boykot etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qeyd edilib ki, sabahkı iclasda parlament “Hayastan” fraksiyasının iki deputatı - Seyran Ohanyan və Armen Çarçyanın deputat toxunulmazlığından məhrum edilməsi barədə baş prokurorun vəsatətini müzakirə edəcək.
Xatırladaq ki, eks-müdafiə naziri Seyran Ohanyan “Hayastan” fraksiyasının lideridir.
O, sabahkı iclasa qatılmağın tərəfdarı olsa da, sonda çoxluğun boykot qərarı ilə razılaşıb.
Əvəzində Seyran Ohanyan jurnalistlər üçün brifinq keçirəcəyini bəyan edib.