Modern.az

“Türkiyədən gələn xəbərlərdən kədərləndik” - Maya Sandu

“Türkiyədən gələn xəbərlərdən kədərləndik” - Maya Sandu

Dünya

6 Fevral 2023, 15:15

Moldova prezidenti Maya Sandu Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə prezident tviter səhifəsində paylaşım edib.

 

"Bu gecə baş verən dağıdıcı zəlzələ ilə bağlı Türkiyə və qonşu ölkələrdən gələn xəbərlərlə dərindən kədərləndik. Düşüncələrimiz bu qorxunc fəlakətdə əziyyət çəkən hər kəsin yanındadır", - deyə Sandu yazıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

 

Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bu gün isə Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər