Modern.az

Türkiyə parlamentinin fəaliyyətinə ara verildi

Türkiyə parlamentinin fəaliyyətinə ara verildi

Dünya

6 Fevral 2023, 15:22

Türkiyə Böyük Millət Məclisinin fəaliyyətinə 1 həftəlik ara verilməsi ilə bağlı qərar qəbul edilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən qərar zələzlə ilə əlaqədar verilib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər