Modern.az

Paşinyandan sonra spiker də Türkiyəyə başsağlığı verdi

Paşinyandan sonra spiker də Türkiyəyə başsağlığı verdi

Dünya

6 Fevral 2023, 15:38

Ermənistan parlamentinin sədri Alen Semonyan zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, spiker bu barədə tviter səhifəsində yazıb.

 

"Türkiyədəki dağıdıcı zəlzələnin qorxunc xəbəri ilə kədərləndik. Həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı diləyirəm. Yaralılara təcili şəkildə sağalmalarını arzulayıram", - deyə parlament sədri qeyd edib.

 

O, eyni zamanda Suriyaya da başsağlığı verib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

Bu xəbər ilə bağlı
Paşinyan Türkiyəyə başsağlığı verdi - İran yardım təklif etdi
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər