Modern.az

Andrey Yermak və Əminə Cabbar da başsağlığı verdi

Andrey Yermak və Əminə Cabbar da başsağlığı verdi

Dünya

6 Fevral 2023, 15:44

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və ölkənin XİN başçısının müavini Əminə Cabbar zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı veriblər.

 

Modern.az xəbər verir ki, hər iki Ukrayna rəsmisi bu barədə tviter səhifələrində paylaşım ediblər.

 

"Türkiyədə dağıdıcı zəlzələlər baş verib. Həyatını itirənlərin ailələrinə başsağlığı, yaralılara isə tezliklə şəfa tapmalarını diləyirik. Ukrayna sizin dərdinizə şərikdir", - deyə Yermak yazıb.

 

"Türkiyədə baş verən zəlzələnin ardından yaşanan faciəvi insn itkiləri və yaralı xəbərləri məni dərindən kədərləndirdi. Bu təbii fəlakətdən zərər çəkən hər kəsə ən içdən başsağlığı diləklərimi çatdırıram. Ukrayna xalqı türk dostlarının kədərini və üzüntüsünü paylaşır", - deyə Əminə Cabbar qeyd edib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər