Modern.az

İranın XİN başçısı: Türkiyəyə hər cür yardıma hazırıq

İranın XİN başçısı: Türkiyəyə hər cür yardıma hazırıq

Dünya

6 Fevral 2023, 16:42

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

 

"İran hökuməti və xalqı, iki dost, qonşu və müsəlman ölkə olan Türkiyə və Suriyada baş verən, çox sayda vətəndaşın ölümü və yaralanması ilə nəticələnən şiddətli zəlzələdən dərin kədər hissi keçirdi. Türkiyə və Suriyaya başsağlığı diləyirəm. Hər cür yardıma hazırıq", - deyə XİN başçısı bildirib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

 

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1014 nəfər təşkil edir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər