Modern.az

Bayden Türkiyə ilə bağlı tapşırıq VERDİ

Bayden Türkiyə ilə bağlı tapşırıq VERDİ

6 Fevral 2023, 16:56

ABŞ prezidenti Co Bayden dövlət qurumlarına Türkiyəyə yardım variantlarını qiymətləndirməyi tapşırıb.


Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyi məlumat yayıb.
 

“Prezident Bayden USAİD-ə və digər dövlət qurumlarına Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək üçün ABŞ-ın yardım variantlarını qiymətləndirməyi tapşırıb. Biz Türkiyə hökuməti ilə əməkdaşlıq edərək vəziyyəti yaxından izləməyə davam edəcəyik”, – səfirliyin bəyanatında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?