Modern.az

Avropa Birliyi də Türkiyəyə xilasedicilər göndərdi

Avropa Birliyi də Türkiyəyə xilasedicilər göndərdi

Dünya

6 Fevral 2023, 17:02

Yanvarın 6-da səhər tezdən Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Avropa Birliyi Türkiyəyə xilasedicilər qrupu göndərib.
 

Modern.az xəbər verir ki, bu barədə Böhranların idarə edilməsi üzrə Avropa komissarı Janez Lenarçiç bildirib.
 

“Bu səhər Türkiyədə baş verən zəlzələdən sonra biz Avropa İttifaqının mülki müdafiə mexanizmini işə saldıq. Avropa İttifaqının Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniya komandaları artıq yoldadır”, - deyə Janez Lenarçiç bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər