Modern.az

Putin Əsədlə danışdı - Ərdoğana da zəng edəcək

Putin Əsədlə danışdı - Ərdoğana da zəng edəcək

6 Fevral 2023, 17:06

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı aparıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

"Əsəd Rusiya prezidentinin Suriyadakı zəlzələdən sonra yardım təklifini qəbul edib. Yaxın vaxtlarda Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Dəməşqə uçacaqlar", - məlumatda qeyd olunub.

 

Həmçinin vurğulanıb ki, Putin gün ərzində Ərdoğanla da danışıqlar aparacaq.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

 

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1014 nəfər, yaralıların sayı isə 7003 nəfər təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər