Modern.az

Türkiyəyə növbəti başsağlığı Çin liderindən gəldi

Türkiyəyə növbəti başsağlığı Çin liderindən gəldi

Dünya

6 Fevral 2023, 17:16

Çin baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, başsağlığı mesajı Çin sədri Si Tsinpinin adından yayılıb.

 

Bildirilib ki, baş vermiş zəlzələ dərin kədər hissinə səbəb olub, başsağlığı ifadə olunub.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

 

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1014 nəfər, yaralıların sayı isə 7003 nəfər təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər