Modern.az

Dağıntı altında kömək gözləyənləri ələ saldılar - Türkləri hiddətləndirən olay

Dağıntı altında kömək gözləyənləri ələ saldılar - Türkləri hiddətləndirən olay

6 Fevral 2023, 17:39

Türkiyədə zəlzələdən zərərçəkən bəzi insanlara qarşı xoşagəlməz davranış sərgilənib.

 

Modern.az xəbər verir ki, "Discord" qrupunda bir qrup şəxs zəlzələdən zərər çəkən sakinlərə zəng edərək, onları ələ salıb.

 

Kimliyi açıqlanmayan şəxslər dağıntılar altında qalan və kömək gözləyən vətəndaşlara "sizi xilas etməyə gəlirik" deyərək öz aralarında gülüblər. Bu hadisə sosial şəbəkədə ciddi narazılıq doğurub, həmin şəxslərin cəzalandırılması tələb olunub.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1121-ə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?