Modern.az

Erməni prezident Türkiyəyə başsağlığı verdi, Qaregin isə bunu etmədi

Erməni prezident Türkiyəyə başsağlığı verdi, Qaregin isə bunu etmədi

Dünya

6 Fevral 2023, 17:28

Ermənistan prezidenti Vahaqn Xaçaturyan zəlzələ ilə bağlı Türkiyə və Suriyaya başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Xaçaturyan tviter səhifəsində yazıb.

 

"Dağıdıcı zəlzələnin faciəvi nəticələri və günahsız insanların tələfatı ilə bağlı Türkiyə və Suriyaya səmimi başsağlığı diləklərimi çatdırıram. Kədərli ailələrə başsağlığı, bütün yaralılara təcili şəkildə şəfalar arzulayıram", - deyə o qeyd edib.

 

Erməni apostol kilsəsinin katalikosu II Qaregin isə Suriya prezidenti Bəşər Əsədə başsağlığı teleqramı vurub, lakin Türkiyəyə başsağlığı verməyib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

 

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1014 nəfər, yaralıların sayı isə 7003 nəfər təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər