Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Türkiyədə baş vermiş dağıdıcı zəlzələyə görə həmkarına başsağlığı verib və kömək etməyə hazır olduğunu diqqətə çatdırıb. Ərdoğan isə operativ reaksiyaya görə Putinə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini bildirib.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
Son məlumatlara görə, hadisə nəticəsində 1498 nəfər həyatını itirib, 8533 nəfər isə yaralanıb.