Modern.az

Yunanıstan XİN başçısı Çavuşoğlu ilə danışıqlar apardı

Yunanıstan XİN başçısı Çavuşoğlu ilə danışıqlar apardı

6 Fevral 2023, 18:46

Yunanıstanın xarici işlər naziri Nikos Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dendias özünün "Twitter" hesabında məlumat yayıb.

 

O, Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərə görə Çavuşoğluya başsağlığı verib.

 

"Yunanıstanın dəyən ziyana qarşı mübarizə və axtarış-xilasetmə işlərinə dəstək verməyə hazır olduğunu söylədim", - Dendias yazıb.

 

Bundan əvvəl Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ölkəsinin Türkiyənin yanında olduğunu bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?