Türkiyənin Malatya şəhərinin mərkəzində zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün işlər davam etdirilir.
Modern.az xəbər verir ki, axtarış-xilasetmə işlərinə Özəl Hərakat Polisləri də dəstək verib.
Onlar zirzəmidən səs eşidən kimi ora yönəlib. Polislər bir ailənin üstündə qalan beton hissəni qırıb. Nəticədə 2-si uşaq olmaqla 5 nəfərin xilasına nail olublar.
Ətrafdakı insanlar xilasetmə prosesini telefonları ilə qeydə alıblar.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
Son məlumatlara görə, hadisə nəticəsində 1498 nəfər həyatını itirib, 8533 nəfər isə yaralıdır.