Rusiya ordusu Ukraynanın Baxmut şəhərinin üçdə birindən çoxunu ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın ordu bölmələrindən birinin komandiri Denis Yaroslavski yerli telekanala müsahibəsində bildirib.
O, şəhərdə vəziyyətin çətin olduğunu deyib: "Düşmən şəhəri qismən zəbt edib, cəbhənin kiçik hissələrini yarıb bizim mövqelərimizə yaxınlaşmağı bacarır. Şəhər daim, sistemli şəkildə düşmənin minaatan atəşi altındadır".
Qeyd edək ki, Baxmut uğrunda 5 aya yaxındır döyüşlər gedir. Ekspertlər bildirir ki, ruslar şəhəri ələ keçirə bilsə, Kramatorsk və Slovyanska istiqamətinə yol açılacaq. Baxmut həm də Ukrayna üçün əhəmiyyətli hesab edilən avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir. Hazırda şəhər güclü raket zərbələrindən xarabalığa çevrilib.
Akif İsmayılov