Modern.az

Fransa və Yunanıstan liderlərindən Ərdoğana DƏSTƏK

Fransa və Yunanıstan liderlərindən Ərdoğana DƏSTƏK

6 Fevral 2023, 21:10

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstan hökuməti məlumat yayıb.

 

O, Ərdoğana başsağlığı verib və zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəsinin Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu deyib.

 

Fransa Prezidenti Emmanuel Makron da türkiyəli həmkarına zəng edərək başsağlığı verib və dəstəyini ifadə edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?