Modern.az

Daha 4 ölkə Türkiyəyə xilasedici və yardım göndərir - YENİLƏNİB

Daha 4 ölkə Türkiyəyə xilasedici və yardım göndərir - YENİLƏNİB

Dünya

6 Fevral 2023, 23:14

İsrail Türkiyəyə axtarış-xilasetmə qrupu göndərəcək.

 

Modern.az xəbər verir ki, bunu İsrail Prezidenti İsaaq Herzoq bildirib.

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoganla telefonla danışdım, zəlzələdən sonra ona və xalqına dəstəyimi bildirdim. İsrail xalqı adından başsağlığımı çatdırdım və bu axşam rəsmi axtarış-xilasetmə qrupunun yola düşəcəyini bildirdim”, - İsrail Prezidenti vurğulayıb.

 

O, həmçinin qeyd edib: "Prezident Ərdoğan bu dəstəyə görə minnətdarlığını bildirib və bu çətin günlərdə dostu Türkiyənin yanında olduğu üçün İsrailə təşəkkür edib".

 

***

22:55

 

İraq Türkiyəyə axtarış-xilasetmə qrupları və humanitar yardım göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd Şia Sudani bildirib.

 

O, Türkiyəyə mülki müdafiə qrupları, tibbi ləvazimat, ilk yardım, sığınacaq materialları, qida və yanacaq göndəriləcəyini qeyd edib.

 

Özbəkistanın xarici işlər naziri Vladimir Norov "Twitter" hesabında yazıb ki, ölkəsi Türkiyəyə xilasetmə qrupları göndərəcək.

 

İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Tehran Türkiyəyə 6 xilasetmə qrupu və tibbi heyət göndərməyə qərar verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər