Modern.az

Ərəb ölkələrinin liderləri Ərdoğana zəng etdi 

Ərəb ölkələrinin liderləri Ərdoğana zəng etdi 

6 Fevral 2023, 23:24

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərə görə Ərdoğana başsağlığı verib, yaralananlara şəfa diləyib.

 

İordaniya Kralı II Abdullah da Ərdoğana zəng edərək başsağlığı verib.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində həlak olanların sayı 1651 nəfərə, yaralananların sayı isə 11 min 119 nəfərə çatıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?