Belarus Fövqəladə Hallar Nazirliyinin “Zubr” xüsusi təyinatlı dəstəsi Türkiyəyə göndərilib.
Modern.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Bildirilib ki, dağılmış binalarda xilasetmə işlərinin aparılması üçün BMT-nin beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılmış “Zubr” xüsusi təyinatlı dəstəsi Türkiyəyə yola alınıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vadim Sinyavskiyə Türkiyəyə və Suriyaya xilasedici dəstə, eləcə də humanitar yardım göndərməyi tapşırıb.