Modern.az

İsrailin XİN başçısı Kiyevə səfər edəcək 

İsrailin XİN başçısı Kiyevə səfər edəcək 

6 Fevral 2023, 23:39

İsrailin xarici işlər naziri Eli Kohen Kiyevə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Yedınıy Novını” telemarafonunun efirində bildirib.

 

Kiyevə səfəri zamanı İsrail XİN başçısı ukraynalı həmkarı ilə görüşəcək.

 

Kulebanın sözlərinə görə, görüş zamanı Ukrayna və İsrail arasında əməkdaşlığın gələcək inkişafı müzakirə olunacaq.

 

“İsrailin xarici işlər nazirinin səfərini gözləyirik və burada bağlı qapılar arxasında, təhlükəsiz şəraitdə, iki ölkə arasında əməkdaşlığın necə olacağı barədə səmimi söhbətimiz olacaq", - Kuleba deyib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?