Moldova Türkiyəyə zəlzələnin nəticələrini aradan qaldırmağa kömək etmək üçün axtarış-xilasetmə qrupu göndərir.
Modern.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu "Twitter"də bildirib.
O qeyd edib ki, Moldova bu çətin anlarda Türkiyə xalqı ilə tam həmrəydir.
"Bu gün Moldovanın 55 xilasedicisi zəlzələdən zərər çəkənlərə kömək etmək üçün yola düşür. Mümkün qədər çox insanın həyatını xilas etmək üçün qüvvələrimizi birləşdirməliyik", - deyə Sandu bildirib.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba da bildirib ki, ukraynalı xilasedicilər zəlzələlərin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Türkiyəyə gedəcəklər.
Akif İsmayılov