Ötən gün Türkiyədə baş vermiş güclü zəlzələnin törətdiyi dağıntılar altından 7840 nəfər xilas edilib.
Modern.az Anadolu agentliyinə xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları hələ də davam etdirilir.
Qeyd edək ki, qardaş ölkədə zəlzələ nəticəsində 2921 nəfər həyatını itirib, 15 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.