Modern.az

Ukrayna Saakaşvilini azad etmək üçün hərəkətə keçdi

Ukrayna Saakaşvilini azad etmək üçün hərəkətə keçdi

Dünya

7 Fevral 2023, 09:10

Ukrayna Ali Radası sabiq prezident Mixail Saakaşvilinin xaricə müalicə üçün göndərilməsinin zəruriliyi ilə bağlı Gürcüstana, Avropa Parlamentinə, Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, AŞPA-ya və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə müraciətlə bağlı qətnamə layihəsini dəstəkləyib.

 

Modern.az xəbər verir ki, qərara 311 deputat müsbət səs verib.

 

Parlamentarilər Gürcüstan hökumətindən Saakaşviliyə lazımi tibbi yardım göstərməyi və müalicə üçün onun xaricə aparılmasına icazə verməyi xahiş ediblər.

 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünya ictimaiyyətini Saakaşvilinin həyatını xilas etməyə və onun "edamının" qarşısını almağa kömək etməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər