Modern.az

4 nəfər dağıntılar altından çıxarıldı, 1-i uşaqdır - FOTO

4 nəfər dağıntılar altından çıxarıldı, 1-i uşaqdır - FOTO

Dünya

7 Fevral 2023, 09:18

Türkiyədə zəlzələdən sonra böyük dağıntılar və insan tələfatı müşahidə olunur. Axtarış-xilasetmə tədbirləri hazırda davam etdirilir. 

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hatay vilayətinin İskenderun rayonunda 3 binanın dağıntıları altından 4 nəfər sağ çıxarılıb. Onlardan biri uşaqdır.

 

Zəlzələnin episentrinin yerləşdiyi Kahramanmaraşla yanaşı, Hatayda da dağıdıcılıq yüksək olub. Burada magistral yollar, aeroportun uçuş-enmə zolağı dağılıb və yardımların təmin olunmasında böyük problemlər yaranıb. Həmçinin axtarış-xilasetmə tədbirləri də gecikib. İnsanlar küçələrdə və maşınlarda gecələməli olub. Minlərlə insan şaxtalı və qarlı hava şəraitində gecə boyu dağıntılar altında qalıb və xilas edilməsi ümidi ilə səhəri gözləyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər