Türkiyədəki zəlzələdən sonra Hatay limanında başlayan yanğın bir gün sonra söndürülüb.
Modern.az xəbər verir ki, vilayətin İskenderun rayonunda yerləşən limanda konteynerlərdən birinin alovlanmasının səbəb olduğu güclü yanğının qarşısını almaq mümkün olub.
***
10:30
Türkiyədə baş verən zəlzələdən sonra Hatay limanında başlayan yanğın 1 gündür davam edir.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, vilayətin İskenderun rayonunda yerləşən limanda səbəbi bəlli olmadan konteynerlərdən birinin alovlanması ilə başlayan yanğının qarşısını almaq hələ də mümkün olmayıb.
Zəlzələnin episentrinin yerləşdiyi Kahramanmaraşla yanaşı, Hatayda da dağıdıcılıq yüksək olub. Burada magistral yollar, aeroportun uçuş-enmə zolağı dağılıb və yardımların təmin olunmasında böyük problemlər yaranıb. Həmçinin axtarış-xilasetmə tədbirləri gecikib. İnsanlar küçələrdə və maşınlarda gecələməli olub. Minlərlə insan şaxtalı və qarlı hava şəraitində gecə boyu dağıntılar altında qalıb və xilas edilməsi ümidi ilə səhəri gözləyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.