Modern.az

İsrail xilasediciləri Türkiyədədir - FOTO

İsrail xilasediciləri Türkiyədədir - FOTO

Dünya

7 Fevral 2023, 10:38

Zəlzələ ilə bağlı yardım üçün Türkiyəyə yollanan İsrail axtarış-xilasetmə qrupunu daşıyan təyyarə artıq eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen tviter səhifəsində məlumat yayıb.

 

"Bu səhər Türkiyəyə enən İsrail xilasetmə qrupudur. Gecə saatlarında Türkiyə qurumları ilə birgə hərəkət edərək əsgərlərin qəbulunu təşkil edən XİN əməkdaşlarına təşəkkür edir, daha sonra səhra xəstəxanasını da təşkil etməyə hazırlaşırıq", - deyə nazir bildirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər